Sionist rejimin Qüds əməliyyatı icraçısının həbsi ilə bağlı iddiası

Sionist rejimin Qüds əməliyyatı icraçısının həbsi ilə bağlı iddiası

Bu çərşənbə səhəri sionist ordusu işğal olunmuş Qüdsün Şeyx Cərrah bölgəsində atışma əməliyyatının icraçısını həbs etdiyini iddia edib.

Mehr Xəbər Agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, sionist rejim ordusu bu çərşənbə səhəri işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsində iki sionistin yaralanması ilə nəticələnən dünənki atışma əməliyyatının icraçısını həbs etdiyini iddia edib.

Sionist ordunun sözçüsü iddia edib ki, bu əməliyyatın icraçısı Nablus şəhərində həbs edilmiş 15 yaşlı yeniyetmədir.

O vurğulayıb ki, ilkin araşdırma zamanı həmin yeniyetmənin bu əməliyyatda əli olduğu müəyyən edilib və o, əlavə araşdırmalar aparılması üçün “Şabak” ictimai təhlükəsizlik xidmətinə təhvil verilib.

Bu yeniyetmənin Nablus şəhərindəki Əskər düşərgəsinin sakini olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =