Sionist rejimin Şərqi Qüdsdəki məscidi dağıtmaq qərarı

Sionist rejimin Şərqi Qüdsdəki məscidi dağıtmaq qərarı

İşğal olunmuş Qüds Bələdiyyəsi Qüdsün şərqindəki əl-İsəviyyə qəsəbəsində məscidin sökülməsinə göstəriş verib.

İşğal olunmuş Qüds Bələdiyyəsi Qüdsün şərqindəki Əl-İsəviyyə qəsəbəsində tikinti icazəsi olmadığı bəhanəsi ilə bir məscidin sökülməsinə qərar verib.

Ərəb 48 yazıb: Şərqi Qüdsün Əl-İsəviyyə şəhərinin sakini “Əli Dərbas” deyir ki, bələdiyyə dörd gün ərzində şəhərdəki Ət-Təqva məscidinin sökülməsinə göstəriş verib.

O əlavə edib ki, İşğal altında olan Qüds Bələdiyyəsi təxminən 300 kvadratmetr sahdə tikilən məscidi tikintiyə icazəsi olmadığı bəhanəsi ilə sökmək qərarına gəlib.

Yanvarın 3-də İsrail qüvvələri məscidə basqın edərək tikinti işlərini dayandırıb.

 Əl-İsəviyyə qəsəbəsinin sakinləri məscidin sökülməsinin qarşısını almaq üçün “Məscidlərimiz heç vaxt sökülməyəcək” adlı kampaniyaya başlayıb.

Fələstinlilər işğalçı sionist rejimin rəsmilərindən tikinti icazəsi almaq üçün demək olar ki, sonsuz maneələrlə üzləşirlər.

Keçən həftə sionist rejim Beytə-Ləhmin qərbində yerləşən Nəhalin qəsəbəsində bir məscid və səkkiz fələstinli evini sökmək niyyətində olduğunu açıqlamışdı.

Fələstinlilər işğalçı sionist rejimin rəsmilərindən tikinti icazəsi almaq üçün demək olar ki, sonsuz maneələrlə üzləşirlər.

Keçən həftə sionist rejim Beytlehemin qərbində yerləşən Nəhalin qəsəbəsində bir məscid və səkkiz fələstinli evini sökmək niyyətində olduğunu açıqlamışdı.

Nəhalin şəhərinin bələdiyyəsi  “Səlah Funun” bildirib ki, sionist rejim bu qəsəbədəki məscidi dağıtmaq niyyətindədir.

O əlavə edib ki, İsrail işğalçıları həmçinin Beyti-Ləhmın cənubundakı Ər-Rəha və Qarnatud-Dəməs bölgələrində 8 fələstinli ailənin tezliklə evlərini dağıdacaqları barədə xəbərdarlıq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fifteen =