Sionist rejimin Şeyx Cərrah məhəlləsinə hücumlarının yenidən başlanması

Sionist rejimin Şeyx Cərrah məhəlləsinə hücumlarının yenidən başlanması

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin mediası Sionist rejimin işğal altında olan Qüdsdəki Şeyx Cərrah məhəlləsinə hücumlarının yenidən başladığını bildirib.

Sionist silahlıları bir daha işğal altında olan Qüdsdəki Şeyx Cərrah məhəlləsinə hücum ediblər.

Fələstin KİV-lərinin verdiyi məlumata görə, Sionist silahlıları Şeyx Cərrah məhəlləsindəki ailələrə həmrəylik ifadə etmək üçün məhəlləyə yığılmış insanları dağıdıb.

Şeyx Cərrah məhəlləsi bu yaxınlarda sionistlərin bu məhəllədəki evləri boşaltmaq və fələstinliləri evlərindən çıxarmaq üçün təhdid və hücumlarından sonra fələstinli gənclərlə sionist hərbiçilər arasında toqquşma səhnəsinə çevrilib.

Bu məhəllə dünən axşam da ən azı 20 fələstinlinin yaralandığı sionist silahlılarla fələstinli mülki şəxslər arasındakı toqquşmaların şahid iolub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + three =