Sionist rejimin təhlükəsizlik aparatı Qüds əməliyyatının icraçısının kimliyindən şoka düşüb

Sionist rejimin təhlükəsizlik aparatı Qüds əməliyyatının icraçısının kimliyindən şoka düşüb

Sionist rejimin təhlükəsizlik aparatı Qüds əməliyyatına cavabdeh olan şəxsin kimliyini müəyyən etdikdən sonra hələ də şokdadır.

İsrail mənbələri işğal altındakı Qüdsün Ramot bölgəsində sionistə vintaçanla hücum edən fələstinlinin kimliyini açıqlayıb. Bu fələstinlinin üzərində sionist iş adamları üçün nəzərdə tutulan“BMC” iş icazəsi var idi.

İsrail mənbələri bu rejimin təhlükəsizlik mənbələrinə istinadən əməliyyatçının Ramullahdan olan 44 yaşlı İsmayıl Nimr olduğunu açıqlayıb. Bu Fələstin vətəndaşının BMC-nin iş icazəsi var idi və bu, ona Ben Qurion hava limanından keçməyə icazə verirdi.

O, bütün mövcud yollarla və avtomobillə də işğal olunmuş ərazilərə gedə bilərdi.

İsmayıl Nimr işğal altındakı Qüdsün Ramot kəsişməsi yaxınlığında israilli avtobus sürücüsünə vintaçanla hücum edib, daha sonra İsrail qəzetinin fotoqrafı ona atəş açıb. Fələstinlinin xəsarəti yüngül olsa da, israilli sürücünün zədəsi ciddi olaraq qiymətləndirilir.

İsrailin “Kan” kanalının analitiki Ravi Şaron bunu görünməmiş hadisə kimi qiymətləndirib və bildirib ki, bu hadisə İsrail təhlükəsizlik aparatı üçün çoxlu suallar yaradır, çünki əməliyyatçının üzərində hər kəsə asan verilməyən icazə sənədi var idi.

Lakin HƏMAS hərəkatı verdiyi bəyanatda bu əməliyyatı təbrik edib və torpaqlarını azad etmək üçün Fələstin xalqına müqavimət göstərməkdən və döyüşməkdən başqa, çarə olmadığını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =