Sionist rejimin təhlükəsizlik kabineti İrana hücuma müxalifdir

Sionist rejim mətbuatı Doğru Vəd 2 əməliyyatına cavab olaraq müharibə kabinetinin İrana hücumu ilə müxalif olduğundan xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, Qətərin Əl-Cəzirə kanalı sionist rejimin 13-cü şəbəkəsinə istinadən xəbər verib: İsrailin müharibə kabineti üzvlərinin dünən axşamkı (10 oktyabr) iclası üzvlərin hücuma səs verməməsi ilə başa çatıb.
Sionist rejimin 13-cü kanalı təhlükəsizlik qaynaqlarına istinadən əlavə edib: Müharibə kabineti İranın raket hücumuna reaksiya ilə bağlı səsvermə keçirməyib və onun təsdiqini həyata keçirmə vaxtı yaxınlaşana qədər təxirə salıb.
Bundan əvvəl bəzi KİV-lər sionist rejimin rəsmilərinə istinadən bu rejimin İrandakı hədəflərə gözlənilən hava hücumu barədə məlumat vermişdilər.