Sionist rejimin xarici işlər naziri İran və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Sionist rejimin xarici işlər naziri İran və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Sionist rejimin xarici işlər naziri bir məktubda bu rejimin dünyadakı səfirlərinə xarici ölkələrdən Həmas və İrana sanksiya tələb etmələrini istəyib.

Fars İnformaisya Agentliyinin məlumatına əsasən, Yesrael Kats bu gün (3 sentyabr) Qəzzada 6 israilli məhbusun ölümünün təsdiqlənməsindən sonra sionist rejimin səfirlərindən yüksək səviyyəli xarici rəsmilərlə görüşmələrini, Həmas və İran İslam Respublikasına qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

 Həmas bu 6 israilli məhbusun sionist rejimin hücumu nəticəsində öldürüldüyünü bildirsə də, Katz “Edam qırmızı xətti keçir. Bu qatil terror təşkilatı tərəfindən törədilən sarsıdıcı hərbi cinayətdir”  deyib.

Kats əlavə edib: İsrail beynəlxalq ictimaiyyətdən 6 nəfərin vəhşicəsinə qətlini qətiyyətlə pisləməyi xahiş edir. Elə bu səbəbdən də İranın rəhbərlik etdiyi Həmas və onun tərəfdarlarına qarşı sanksiyalar və qanuni tədbirlər də daxil olmaqla, bütün mümkün tədbirləri görülməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + eight =