Sionist rejimin zabiti öldürülüb

Sionist rejimin zabiti öldürülüb

Bir neçə saatlıq sükutdan sonra İsrail ordusu bu gün zabitlərindən birinin ölümünü etiraf edib.

 İsrail ordusu bu gün (çərşənbə günü) bu rejimin zabitinin fələstinli gənclərlə qarşıdurmada öldürüldüyünü açıqlayıb.

İbrani mediası və sionist ordusunun bir neçə saatlıq sükutundan sonra sionist ordunun sözçüsü Əvixai Ədreyi bir bəyanatla sionist zabitin ölümünü rəsmən təsdiqləyib.

Bu elana əsasən, bu sionist əsgər dünən gecə “C’nin” (İordan çayının qərb sahilinin şimalı) şəhərində “Əl Cumla” keçidi yaxınlığında fələstinli gənclərlə toqquşmada həlak olub.

Fələstin mənbələri bu gün səhər xəbər veriblər ki, Sionist Ordunun Hərbi Nəzarət Təşkilatı dünən gecə baş verən toqquşmalarda ölən və yaralananların sayı ilə bağlı hər hansı məlumatın açıqlanmasını qadağan edib.

 “Arab 48” xəbər saytı da bu qarşıdurmada Əhməd və “Əbdürəhman Abid adlı iki fələstinlinin şəhid olduğunu bildirib.

Bu ayın 6-da sionist ordusu işğal altındakı Colanda əsgərlərindən birinin həlak olduğunu elan edib. İsrail ordusu onun işğal altındakı Qolanda tanklarla təlim zamanı qəfil huşunu itirdiyini və başını yerə çırpdığını iddia edib.

İbrani mənbələri bu əsgərin sionist rejimin zirehli briqada qüvvələrindən biri olduğunu və sionist rejimin quru qüvvələrinin komandanı “Tamir Yedai”nin bu əsgərin ölümündən sonra döyüş maşınları ilə təlimlərin dayandırılması əmrini elan etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =