Sionist rejiminin polisi iki gənc fələstinlini şəhid etdi

Fələstinli mənbələr çərşənbə axşamı Təmra şəhərində (işğal olunmuş Fələstinin şimalında) iki gənc fələstinlinin İsrail polisi tərəfindən şəhid edildiyi və daha iki nəfərin yaralandığını xəbər veriblər.
“Ərəb 48” xəbər saytının verdiyi məlumata görə, Sionist rejim polisi çərşənbə axşamı səhər, məntəqə polisinin hadisə yerində olduğu vaxt Təmra şəhərinin “Əl-Foqa” məhəlləsində iki nəfərin atəş açmağa başladığını iddia edib.
Məlumatda bildirilir ki, Sionist rejim polisi isə dərhal hadisə yerində hədəfsiz güllələrlə atəş açmağa başladığı zaman, iki gənc fələstinli şəhid olub və daha iki nəfər isə yaralanıb.
Ancaq “Ərəb 48” saytı, şəhid edilən bu iki şəxsin və yaralanan iki nəfərin atışma ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Əl-Zəhravi Tibb Mərkəzi, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Buna etiraz olaraq yüzlərlə Təmra sakini şəhərin girişində 70-ci prospekti bağlayaraq nümayiş keçirib və onları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edən İsrail polisi ilə toqquşublar.
“Ərərb 48” saytı ayrıca Təmra şəhəri bələdiyyəsinin, sionistlərin bu hərəkətlərinin ardından fövqəladə bir toplantı keçirdiyini və çərşənbə axşamı ümumi tətil elan etdiyini bildirib.