Sionist Şəbəkəsinin Nablus gərginliyində ABŞ-ın vasitəçiliyi ilə bağlı iddiası

Sionist Şəbəkəsinin Nablus gərginliyində ABŞ-ın vasitəçiliyi ilə bağlı iddiası

Bir sionist şəbəkə iddia edib ki, ABŞ Nablus müzakirəsinə sionistlərlə “Ərinəl-Əsvəd” müqavimət qruplaşması arasında qarşıdurmaların kəskinləşməsi ilə eyni vaxtda daxil olub.

Sionist rejim televiziyasının 12-ci kanalı iddia edib ki, İordan çayının qərb sahilinin şimalında sülhün bərqərar olması üçün Amerika təhlükəsizlik rəsmiləri ilə İsrail və Muxtariyyət Təşkilatına bağlı Fələstin təhlükəsizlik qüvvələri arasında danışıqlar aparılıb.

Bu xəbərə əsasən, Muxtariyyat Təşkilatı sionist rejimdən İordan çayının qərb sahilinə hücumu dayandırmağı və “Ərinəl-Əsvəd” qrupundakı fələstinli döyüşçülərlə razılaşmaq üçün Ramullaha daha çox vaxt verilməsini istəyib.

Bu hesabatın davamında Muxtariyyət təşkilatının təhlükəsizlik rəsmiləri bildiriblər ki, son günlər Nablusda Ərinəl-Əsvədə bağlı təşkilatın təhlükəsizlik işçiləri də daxil olmaqla, on bir silahlı şəxsi həbs ediblər.

Fələstin Muxtariyyət Təşkilatının səlahiyyətliləri Amerika təhlükəsizlik rəsmilərinə bildiriblər ki, axtarışda olan adların bir çoxu FƏTH-lə əlaqəlidir və onlara qarşı güc tətbiq oluna bilməz.

Digər tərəfdən, sionist rejim Ərinəl-Əsvəd qrupuna aid axtarışda olan şəxslərin fotolarını yayımlayaraq, “Məhəmməd Əl-Əzizi, Əbd Subh, İbrahim Nəblusi, Tamir Kilani və Vadi Əl-Hovs”un öldürüldüyünü elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + four =