Sionist Təhlükəsizlik Araşdırma İnstitutu Qəzza müharibəsində məğlub olduğunu etiraf edib

Sionist Təhlükəsizlik Araşdırma İnstitutuişğal rejiminin Qəzza zolağına hücumunun ilkin məqsədinə çatmadığını etiraf edib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, İsrail Təhlükəsizlik Araşdırmaları İnstitutu İsrail rejiminin müharibədə əsas hədəfi olan Həmas hərəkatının hərbi və inzibati imkanlarını tamamilə məhv edə bilmədiyini açıqlayıb.
İnstitut onu da qeyd edib ki, Həmas çoxlu itki versə də, yaşamağa davam edə bildi.
Sionist Təhlükəsizlik Araşdırma İnstitutu davam edib: İsrailin hazırkı mərhələdə Qəzzada əsir mübadiləsi razılaşması və atəşkəs rejimini həyata keçirməyə davam etməkdən başqa mümkün variantı yoxdur. Ya birinci fazanı genişləndirəcək, ya da ikinci faza sazişi bağlayacaq. Çünki bu, müharibənin bitməsi deməkdir və bu hərəkatın sağ qalmasını təmin edir.