Sionist vandallığı davam edir

Sionist vandallığı davam edir

İnformasiya qaynaqları Əl Əqsa Tufanı Əməliyyatının 134-cü günündə sionist rejim hərbçilərinin İordan çayı qərb sahillərinə genişmiqyaslı artilleriya hücumlarından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim hərbçiləri bu gün səhər (17 fevral) Qəzzə zolağının mərkəzində yerləşən Əl Nəirat düşərgəsinə artilleriya hücumları ediblər.

Məlumata görə sionistlər Qəzzə zolağının şimalında yerləşən Beyt Hanuna da ağır artilleriya zərbələri vurublar.

Qəzzə zolağından verilən xəbələrə əsasən, bu gün  Nablosun Qəblan qəsəbəsi, Qilqiliyyənin şərqindəki Səlfit və Hoccə qəsəbələri də sionistlərin hücumlarına məruz qalıb.

Digər informasiya qaynaqları isə İordan çayı qərb sahilində Əl Xəlilin cənub bölgələri Dəvra şəhərinin Xərsa məntəqəsində fələstinli gənclərlə işğalçılar arasında qarşıdurmadan xəbər verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − nine =