Sionist xakerlər iraqlı seçicilərin arxivinə nüfuz etdi

Sionist xakerlər iraqlı seçicilərin arxivinə nüfuz etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bir haker qrupu BƏƏ-nin DarkMatter şirkətinin serverinə nüfuz edərək şirkətin arxivini əldə etdiyini və bununla İraq parlament seçkilərində iştirak edən 9,5 milyon İraq vətəndaşı haqqında məlumatları topladığını iddia edib.

BƏƏ-nin Dark Matter şirkəti, İraq seçkilərinin rəqəmsal təhlükəsizliyinin təmin edilməsində məsuliyyətə malik olub və hakerlər tərəfindən şirkətin arxivlərinin sındırılması BƏƏ-nin İraq parlament seçkiləri prosesində nüfuzunu və fəal iştirakını göstərir.

BƏƏ-nin İraqın seçki sisteminin əsas serverlərində hökmranlığı BƏƏ-nin seçki nəticələrini dəyişdirə biləcəyinə dair şübhələr yaradıb.

Telegram səhifəsində (@arielsapir) qeyd olunan +972568988640 nömrəli telefon nömrəsi onu göstərir ki, bu İsrail haker komandasıdır.

Hakerlər parlament seçkilərində iştirak edən 9,5 milyon İraq vətəndaşının seçki arxivini iki bitcoin qarşılığında təhvil verəcəyini açıqlayıblar.

İsrailin İraq seçkilərinə müdaxilə etməsi bu seçkilərin mahiyyətinin təhlilini qeyri-müəyyən və çox mürəkkəb edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =