Sionist Xarici işlər naziri sionistləri qoruduğu üçün Türkiyəyə təşəkkür edib

Sionist Xarici işlər naziri sionistləri qoruduğu üçün Türkiyəyə təşəkkür edib

Media müvəqqəti sionist rejimin Xarici işlər nazirinin türkiyəli həmkarına Türkiyədə “sionistləri qoruduğuna” görə təşəkkür etdiyini bildirib.

İsrailin Xarici işlər naziri çərşənbə günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında Ankaraya Türkiyədə sionistləri qorumaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

 “İsrail Times” saytının məlumatına görə, İsrailin Xarici işlər naziri Yair Lapid Çavuşoğluna sionist turistləri İranın onlara zərər vurmaq cəhdlərindən qoruduğuna görə təşəkkür edib.

Məlumata görə, İsrail rəsmiləri bazar ertəsi vətəndaşlarını İstanbul şəhərini dərhal tərk etməyə və Türkiyənin digər bölgələrinə qeyri-zəruri səfərlərdən daşınmağa çağırıb. Onlar xəbərdarlıq ediblər ki, İran agentləri orada israilliləri oğurlamağa və ya öldürməyə hazırdır, çünki Tehran Tel-Əvivin müqəssir olduğu qətllərə görə qisas almaq istəyir.

Sionist rəsmilər Türkiyədə 1000-ə yaxın sionistə xəbərdarlıq edərək, onlardan dərhal oranı tərk etmələrini istəyiblər.

Tel-Əvivin şəhid Həsən Səyyad Xodainin öldürülməsində iştirakının mediada işıqlandırılmasından sonra rejim rəsmiləri İranın şəhidin qanına görə qisas alacağından ehtiyat edərək, öz vətəndaşlarına dəfələrlə bölgə ölkələrinə səyahətlə bağlı xəbərdarlıq ediblər.

Bu yaxınlarda sionist televiziyasının 13-cü kanalı bu rejimin təhlükəsizlik təşkilatının Türkiyədə “İranın cavab hücumu”nun qarşısını almağa çalışdığını və Türkiyəyə səyahət xəbərdarlığının hələ də qüvvədə olduğunu iddia edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general Hüseyn Səlami Şəhid Həsən Səyyad Xodainin öldürülməsində Tel-Əvivin əli olması ilə bağlı məlumatların faş olmasından sonra xəbərdarlıq edib:

 “Sionistlər tərəfindən şəhid olan şəhidlər çox yüksək məqama malik olan şəhidlərdir, çünki onlar ən pis insanlar tərəfindən şəhid olublar və inşallah düşmənlərdən intiqam alacağıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =