Sionist yaraqlılar Əl-Əqsa məscidində fələstinlilərlə toqquşub-Video

Sionist yaraqlılar Əl-Əqsa məscidində fələstinlilərlə toqquşub-Video

Fələstinli namazqılanlar səhər namazından sonra, Məscidül-Əqsa və Fələstin müqavimətinə yardıma səsləyən şüarlar səsləndiriblər.

Əl-Aləm-in işğal altındakı Qüdsdəki müxbirinin verdiyi xəbərə görə, işğalçı İsrail qüvvələrinin sərt tədbirlər görməsinə baxmayaraq, on minlərlə fələstinli Əl-Əqsa məscidində səhər namazı qılıb.

O, əlavə edib ki, sübh namazından sonra ibadət edənlər Məscidül-Əqsaya və Fələstin müqavimətinə yardıma çağıran şüarlar səsləndiriblər.

Əl-Aləm müxbirinin verdiyi məlumata görə, işğalçı rejim qüvvələri Əl-Muğarəbənin girişindən Mübarək Əl-Əqsa məscidinə daxil olaraq məsciddə olan namazqılanlar və tərəfdarlara hücum edib.

İndiyədək Məscidül-Əqsa 30-dan çox namazqılan və tərəfdar sionist əsgərlərin atdığı plastik güllələrdən yaralanıb.

Qarşıdurmaların çoxu Əl-Muğarəbə və Əl-Silsilə girişlərində baş verib və Mübarək Əl-Əqsa məscidində yaralananların əksəriyyəti bu toqquşmalarla bağlıdır.

Bu arada, işğal altındakı Qüdsdə yaşayan minlərlə fələstinli cümə günü səhər namazı qılmaq və sionist qəsəbə sakinlərinin yürüşünə qarşı çıxmaq üçün Məscidül-Əqsada toplaşıb. Eyni zamanda, işğalçı rejim mümkün münaqişələrin gərginləşməsi ilə bağlı qüvvələrini hazır vəziyyətə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 6 =