Sionist yaraqlılar tərəfindən 8 fələstinli saxlanılıb

Sionist yaraqlılar tərəfindən 8 fələstinli saxlanılıb

İsrail qüvvələri İordan çayının qərb sahilinə basqın edərək 8 fələstinlini həbs edib.

 Vəfa xəbər agentliyinin məlumatına görə, sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətlərini davam etdirir.

Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

Məlumata görə, İordan çayının qərb sahilində sionist hərbçilərin genişmiqyaslı hücumundan sonra, onlarla Fələstin vətəndaşları arasında şiddətli toqquşmalar baş verib. Şahidlər səkkiz fələstinlinin sionistlər tərəfindən saxlanıldığını bildiriblər.

Bundan əvvəl Fələstin müqavimət qrupları sionist rejimin İordan çayının qərb sahilindəki son cinayətlərinə reaksiya veriblər. Fələstin müqavimət qrupları bildiriblər ki, “hərtərəfli müqavimət” sionist düşmənə qarşı yeganə çəkindirici variantdır.

Qruplar əlavə ediblər: “Biz inanırıq ki, silahlı müqavimət sionist rejimin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı cinayətləri davam etdirməsinin qarşısını alacaq yeganə variantdır. Biz bu variantdan heç vaxt əl çəkməyəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =