Sionistlərə kiberhücum: Mossad saytı sındırılıb

Sionistlərə kiberhücum: Mossad saytı sındırılıb

Sionist rejimin mediası Mossad internet saytı da daxil olmaqla, bu rejimin bir neçə internet saytına kütləvi kiber hücumdan xəbər verib.

Sionist rejimin media mənbələri bazar ertəsi axşam (24 aprel) sionist rejimin bir neçə internet saytına kütləvi kiberhücum edildiyini elan ediblər.

Bu xəbərə əsasən, “Anonim Sudan” adlı haker qrupu sionist rejimin bir neçə internet saytına hücum edib, Mossad casus agentliyinin internet səhifəsi və sionist sığorta veb-saytı onun başında olub.

Sionist “Maariyu” qəzetinin məlumatına görə, anonim haker qrupu Telegram səhifəsində biri Mossad-a aid, digəri isə hökumət sığortası ilə bağlı iki əsas hökumət internet saytını sıradan çıxardığını elan edib və bu hücumun daha böyük hücuma müqəddimə olması ilə hədələyib .”

Əl-Məyadinin məlumatına görə, bu kiberhücumun ölçüləri hələ açıqlanmayıb, lakin bu, Mossadın məlumatlarının böyük bir hissəsinin ələ keçirilməsinə gətirib çıxara bilər.

Son bir neçə gün ərzində işğal olunmuş ərazilərdə bir neçə bankın internet saytı, elektrik şirkətləri, sığorta, poçt şöbəsi, səhiyyə, Ben Qurion hava limanı və bir sıra digər mərkəzlərə qarşı kiberhücumlar barədə bir neçə hesabat dərc edilib.

Keçən ayın sonlarında sionist rejimin mediası işğal olunmuş Fələstin ərazilərindəki poçt şirkəti və suvarma sistemlərinin kiberhücuma məruz qaldığını və suvarma sistemlərinin sındırılmasından sonra “Siz həklənmisiniz. İsrail devrilməlidir” yazısı ekranlarda nümayiş etdirilib.

  Sionist Poçt Şirkəti də bir bəyanatda bu şirkətin bir neçə gündür davamlı olaraq kiberhücumların hədəfinə çevrildiyini və bu səbəbdən təcavüzkarların onlara daxil olmasının qarşısını almaq üçün ticarət sistemlərini bağladığını açıqlayıb.

Sionist Poçt Şirkəti daha sonra iddia edib ki, yaxın günlərdə fəaliyyətini bərpa edəcək və bu müddət ərzində müxtəlif şöbələrində təhlükəsizlik tədbirləri görməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + fourteen =