Sionistlərə yenidən möhlət verildi

Sionistlərə yenidən möhlət verildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ardıcıl dördüncü gündür ki, işğal altında olan Fələstinə yanar balonların göndərilməsi davam edir və sionist rejim yalnız bir dəfə buna cavab verib.Təl -Əviv Misir vasitəçisinə təzyiq göstərməyə davam edir və eyni zamanda əsirlərin dəyişdirilməsi barədə razılaşmanın birinci mərhələsinin icrası ilə bağlı Misir vasitəçisinin yeni təklifini nəzərdən keçirməkdədir.

Daha əvvəl Misir Qurban bayramına qədər müqavimət qruplarından sionist rejim üçün bir fürsət istəmiş və onların tələblərinin Qurban bayramına qədər yerinə yetiriləcəyinə söz vermişdi.

Əl-Əxbar qəzetinin məlumatına görə Həmas bu yaxınlarda mövcud vəziyyətdən narazı olduğunu misirlilərə bildirib. Həmas xəbərdarlıq edib ki, sionist rejimin Qəzza zolağına yeni şərtlər qoymağa çalışması, eyni zamanda əsirlərin mübadiləsini yubatması vəziyyəti tədricən yenidən gərginliyə və nəticədə yeni münaqişələrə gətirib çıxara bilər.

Bəzi mənbələr Əl-Əxbara bildirib ki, Fələstin müqaviməti sionist rejimə həftənin sonuna qədər tələblərə əməl edilməsə, Qəzza zolağının sionist rejimi ilə sərhədində yeni bir gərginlik dövrəsinin başlayacağı barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =