Sionistlər arasında çaxnaşma: 35 min işğalçı silah gəzdirmək lisenziyası almaq üçün müraciət edib

İbrani mediasının məlumatına görə, sionistlər şəhidlik əməliyyatlarından sonra hədsiz qorxuya düşüblər və çılğın şəkildə silah lisenziyası üçün müraciət edirlər.
Sionist rejimin rəsmi məlumatları göstərir ki, ötən mart ayından etibarən sionistlərin silah daşımaq üçün lisenziya verilməsi tələbi kəskin şəkildə artıb.
Sionist “İsrail-12” jurnalı ötən mart ayında fələstinli gənclərin şəhadət əməliyyatları dalğasının başlamasından bu yana 35 min israillinin silah daşımaq lisenziyası almaq üçün müraciət etdiyini bildirib. Bu arada, 2016-2020-ci illər arasında hər il 10 min insan lisenziya almaq üçün müraciət edib.
Fələstinin “Əl-İstiqlal” qəzeti bu jurnala istinadən xəbər verir ki, icazə tələbindəki bu artım 2021-ci ilin mayında Seyfəl-Qüds müharibəsi zamanı başlayıb. Beləcə, hər ay altı min müraciət qeydə alınıb və sionist rejimdə silah daşınmasına verilən lisenziyaların sayı iyul ayına qədər 196 milyon 409 minə çatıb.
Bu jurnala görə, bu istəklər ötən mart ayından bəri işğal altındakı Fələstində baş verən şəhidlik əməliyyatları ilə bağlıdır. Belə ki, martın 22-də “Birəs-Səba” əməliyyatından sonra 8 min 642 lisenziyanın verilməsi üçün müraciət faktı qeydə alınıb.
Bu hesabata görə, “Əl-Xizirə” əməliyyatından sonra silah lisenziyası üçün 9232 müraciət qeydə alınıb ki, onlardan 135 mini bu şəhərin sakinlərinə məxsus olub.
Bəni-Barak əməliyyatından sonra 9861, Tel-Əviv əməliyyatından sonra isə daha 4806 müraciət qeydə alınıb.
Statistikaya görə, silah tələblərinin kəskin artımı 2021-ci ilin may ayında Qəzza zolağında müharibə və 1948-ci ildə işğal olunmuş ərazilərin şəhərlərindəki münaqişələrlə eyni vaxtda başlayıb. Lisenziyalaşdırma departamentinin rəsmisi onu da bildirib ki, lisenziya sorğularının sayı fantastik rəqəmlərə çatıb.
Sionist ordusunda silah lisenziyası şöbəsinin rəisi həmçinin bildirib ki, ötən aylar ərzində lisenziya tələblərinin sayı kəskin şəkildə artıb və Fələstin əməliyyatlarının hazırkı dalğasından əvvəlki aylarla müqayisədə 100%-ə çatıb.
Keçən mart ayından bu yana 35 mindən çox silah daşıma tələbinin qeydə alındığını bildirən bu sionist rəsmi, daha çox sionistin yüngül silah daşımaq istədiyini açıqladı. Çünki onu asanlıqla gizlətmək olar və lazım gələrsə tez istifadə edə bilərlər.
Bununla əlaqədar olaraq, xəbər mənbələri İordan Vadisi bölgəsində sionist mühacirlər olan avtobusun atəşə tutulması və ən azı 5 nəfərin yaralanması barədə məlumat yayıb.
Sionist mediası bu anti-sionist əməliyyatın icraçısının sionist mühacirlərə beş güllə atdığını elan edib. Ekspertlər hesab edirlər ki, bu tipli əməliyyatlar fələstinlilərin sionistlərə qarşı fərdi hərbi əməliyyatlarının əhəmiyyətli irəliləyiş əldə etdiyinə dəlalət edir.