Sionistlər bayraq yürüşü zamanı İslam Peyğəmbərini (s) təhqir ediblər

Sionistlər bayraq yürüşü zamanı İslam Peyğəmbərini (s) təhqir ediblər

Əl-Cəzirə xəbər kanalı bildirib ki, sionist mühacirlər bazar günü Qüdsün köhnə hissəsində keçirilən yürüş zamanı İslam Peyğəmbərini (s) təhqir ediblər.

 “The Times of Israel” həmçinin Qüdsün köhnə hissəsində Babəd-Dəməşq yaxınlığında bayraq yürüşünə qatılan bir neçə israilli gəncin “Ərəblərə ölüm” şüarları səsləndirdiyini bildirib.

Məscidül-Əqsa bu gün səhər saatlarından (bazar günü) sionistlərin Məscidül-Əqsaya hücumu ilə eyni vaxtda gərginliyin şahidi olub.

Yüzlərlə fələstinli məskunlaşanların hücumuna qarşı çıxamaq üçün dünəndən etibarən Məscidül-Əqsada etikafdadırlar.

Digər tərəfdən, Məscidül-Əqsa işğalçı rejim qoşunlarının mühacirlərə dəstək üçün geniş şəkildə yerləşdirilməsinin şahidi olur.

Rejim qüvvələri bu gün səhər saatlarında Əl-Qəbli ibadət zalının qapılarını zəncirləyib və içəridəki fələstinli namazqılanları mühasirəyə alıb.

İbrani təqvimində “bayraq yürüşü” və ya “bayraq rəqsi” Şərqi Qüdsün sionist rejim tərəfindən işğalının ildönümünə təsadüf edir.

Rejim 1967-ci il iyulun 7-də Şərqi Qüdsü işğal edib və onu “Yeruşəlim (Qüds) günü” adlandırıb, lakin İbrani təqviminə görə bu gün bazar günü mayın 29-a təsadüf edir.

Yürüş Qərbi Qüdsdən başlayıb və Qüdsun köhnə hissəsində “Nədbə divarı”na çatana qədər yürüş davam edib.

Sionist rejim polisi bu gün yürüş üçün iki marşrut müəyyən edib və sionist mühacirləri bu iki yoldan birini seçməkdə sərbəst buraxıb.

Daha qısa olan birinci marşrut Qərbi Qüdsdən başlayır və Qüdsün köhnə hissəsinin tarixi qapılarından biri olan “Babəl-Xəlil”i keçdikdən sonra “Əl-Həyyil-Ərməni”nin qarşısından keçərək Nədbə divarına çatır.

Daha uzun olan ikinci marşrut Qərbi Qüdsdən başlayır və Babəl-Əmud və Tariqəl-Vaddan keçməklə Nədbə divarında bitir.

Yürüşdə fələstinlilər və sionist mühacirlər və digər tərəfdən, İsrail polisi arasında toqquşmalar baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − seventeen =