Sionistlər bir fələstinli qızı şəhid etdilər + Video

Sionistlər bir fələstinli qızı şəhid etdilər + Video

Fələstinli mənbələr, çərşənbə günü Əl Xəlilin Kiryat Arba qəsəbəsinin girişində bir fələstinli qızın soyuq silahla hücum etməyə çalışdığı iddia olunaraq bir sionist qəsəbə sakini tərəfindən şəhid edildiyini bildirmişlər.

“Arab 48” xəbər saytının verdiyi məlumata görə, bəzi qəsəbə sakinlərinin yayımladığı fələstinli qızın şəhid olduğu anın videosunda onun qana boyandığı və sionist hərbçilərin heç kimin ona yaxınlaşmasına icazə vermədiyi açıq görsənir.

Bu hadisə ilə əlaqədar olaraq, hadisənin şahidləri, fələstinli bir qızın bir yəhudi tərəfindən Kiryat Arba qəsəbəsində hədəfə alındığını, sonra isə qatilin silahını onun kənarına atdığını bildirmişlər.

Yayımlanan videolarda bu qızın yanında silahın olmamasına və onun yanında yalnız bir sionist əsgərin silahının görünməsinə baxmayaraq, sionist mediası bu qızın yanında bir bıçaq və bir odlu silah olduğunu iddia etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =