Sionistlər Fələstinin işğalının ildönümünü bəhanə edərək Əl-Əqsa məscidinə hücum etdilər-Foto/Video

Sionistlər Fələstinin işğalının ildönümünü bəhanə edərək Əl-Əqsa məscidinə hücum etdilər-Foto/Video

Sionist mühacirlər əvvəlki çağırışlara əsasən, bu gün (cümə axşamı) müvəqqəti sionist rejimin qurulmasının ildönümünü qeyd etmək üçün Məscidül-Əqsaya gediblər.

Sionist köçkünlərdən ibarət qruplar bu həftə “Müstəqillik günü” (Fələstinin işğalının ildönümü) adlanan gün münasibətilə sionistləri sabah Əl-Əqsa məscidinə getməyə çağırıblar.

Sionist rejim bu gün bu məqsədlə Məscidül-Əqsanın “Bab əl-Məğərb” qapısını açmış və sionist mühacir dəstələri Məscidül-Əqsaya daxil olmuşlar.

Media Məscidül-Əqsa daxilində fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmaların yaşandığını bildirərək, İsrail qüvvələrinin fələstinlilərə plastik güllələr atdığını açıqlayıb.

Əl-Əqsa məscidində qadınların döyülməsi

Əl-Məyadin-in məlumatına görə, İsrail qüvvələri Əqsa məscidində mühafizəçilərdən birinə hücum etdikdən sonra onu həbs edib.

Bununla bağlı Fəth hərəkatı ictimai hazırlıq elan edib və hər kəsi təmas bölgələrinə, Qüds şəhərinə və Məscidül-Əqsaya gəlməyə çağırıb.

 “Rəy Əl-Yəvm”in xəbərinə görə, bu hərəkatın bəyanatında bütün mövcud vasitələrlə və beynəlxalq hüquqa əsaslanaraq sionistlərin Qüds, Cəninə və bütün digər vilayətlərə təcavüzünə qarşı duracağı bildirilir.

Fəth fələstinliləri Məscidül-Əqsada etikafa və onun həyətlərində Fələstin bayrağını ucaltmağa, beləliklə də sionist mühacirlərin geniş hücumuna müqavimət göstərməyə çağırıb.

Məscidül-Əqsadakı Əl-Qəbli namaz zalında da gərginlik hökm sürür və sionistlərlə fələstinlilər arasında toqquşmalar davam edir.

Hərəkat “Fələstin qanının və taleyinin birliyini” vurğulayaraq, sionistlərin bu birliyi məhv etmək üçün göstərdiyi bütün cəhdlərə qarşı çıxıb və bəyan edib ki, Qüds Fələstinin ürəyi, İordan çayının qərb sahili və Qəzzə onun qollarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + fourteen =