Sionistlər fələstinli ailənin yeganə övladını şəhid edilblər

Sionistlər fələstinli ailənin yeganə övladını şəhid edilblər

Sionist əsgərlər Ramullahın şərqindəki əl-Muğəyr kəndində 16 yaşlı fələstinli yeniyetməni şəhid ediblər.

Fələstin Səhiyyə Nazirliyi cümə günü bildirib ki, yeniyetmə sinəsindən güllə yarası alıb və onun həyatını xilas etmək cəhdləri uğursuz alınıb. Bu yeniyetmə Əmcəd Əbu Ulya ailənin yeganə övladı idi.

Cümə günü Ramullahın şərqindəki əl-Muğəyr kəndinin sakinləri sionist köçkünlərin təcavüzünə qarşı etiraz nümayişi keçiriblər. Bu dinc nümayiş silahlı əsgərlər və mühacirlər tərəfindən hücuma məruz qalıb.

Bu qarşıdurmada çoxlu fələstinli yaralanıb.

Ötən bazar günü sionist qüvvələr onlarla hərbi maşınla işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinin köhnə hissəsinin ətrafına hücum edərək fələstinli döyüşçülərlə toqquşdular.

Nablus şəhərinin köhnə hissəsində Əl-Yasminə məhəlləsində bir evi mühasirəyə alan işğalçı qüvvələr ilə müqavimət qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb.

Eyni zamanda İsrailin kəşfiyyat təyyarələri də bu ərazinin üzərindən uçub.

Sionist hərbçilər həmçinin Nablusun köhnə hissəsinə baxan Rəsəl-Əyn məhəlləsindəki binaların damlarına bir neçə snayper yerləşdiriblər.

Nablus Qırmızı Aypara Cəmiyyəti elan edib:

İşğalçı qüvvələrin Nablusu işğalı zamanı iki fələstinli gənc Abud Sübh (29 yaş) və Məhəmməd Əl-Əzizi (22 yaş) güllələnib və bu qüvvələr tibb personalı və xilasedici qüvvələrin onlara yardım etməsinə mane olub.

Bu toqquşmalarda 9 Fələstin vətəndaşı da yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =