Sionistlər fələstinli uşağın köynəyindəki şəkildən də qorxur-Foto

Sionistlər fələstinli uşağın köynəyindəki şəkildən də qorxur-Foto

İsrail sərhəd polisi qeyri-insani hərəkəti ilə fələstinli uşağı üzərində silah şəkli olan köynəyini çıxarmağa məcbur edib.

“The Jerusalem Post”un israilli müxbiri Anna Ahronheim yazdığı tvitdə İsrail polisinin üç yaşlı fələstinli uşağa qarşı qeyri-insani rəftarından bəhs edib.

O, tvitdə uşağın şəklini paylaşaraq yazıb: “Üç yaşlı fələstinli uşaq üzərində M-16 silah əsviri olan köynək geyinərək Cənin yaxınlığındakı nəzarət məntəqəsinə gəlib. Keçid məntəqəsini idarə edən sərhəd polisi ailənin İsrailə (işğal olunmuş Fələstinə) keçməsinə icazə verməzdən əvvəl uşağı köynəyini çıxarmağa məcbur edib.”

Bu sionist müxbir məsələni dəlilik kimi təsvir edib. Digər sionist jurnalist Barak Ravid də onun tvitinə cavab olaraq bu addımı dəlilik adlandırıb.

Bu ilin əvvəlindən müvəqqəti sionist rejimin Cənin şəhəri və düşərgəsinə təcavüzü zamanı 22 fələstinli öldürülüb, bir neçə nəfər isə həbs edilib.

Müşahidəçilərin fikrincə, düşərgə və Cənin şəhəri İordan çayının qərb sahilinin şimalında başqa bir Qəzzə zolağına çevrilir və ümumiyyətlə, 12 günlük Qəzzə müharibəsindən sonra, İordan çayının qərb sahili artıq əvvəlki kimi deyil. O, partlama ərəfəsində olan bir vulkana bənzəyir və xalq mübarizəsinin perspektivli bir istiqamətə yönəldəcəyinə ümid edilir..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =