Sionistlər HƏMAS-ın atəşkəs tələblərinə reaksiya verdi

Sionistlər HƏMAS-ın atəşkəs tələblərinə reaksiya verdi

Sionist rejim Fələstin Həmasın hazırkı atəşkəs təklifinə verdiyi cavaba reaksiya verib.

İRNA-nın verdiyi məlumata görə, Qəzza zolağında atəşkəs müzakirələrində iştirak edən sionist və xarici mənbələr sionist “Haaretz” qəzetinə bildiriblər ki, danışıqlar dalana dirənməyib və davam edəcək.

Məlumata görə Həmasın bununla bağlı cavabı bəzi islahatları, o cümlədən daimi atəşkəsin yaradılması və İsrail qüvvələrinin Qəzzadan tam çıxarılmasını nəzərdə tutur. Bu danışıqlar Qətər və Misir vasitəçiləri və ABŞ-ın koordinasiyası ilə atəşkəsə nail olmaq məqsədi ilə davam etdiriləcək.

Deyilənlərə görə İsrail nümayəndə heyətinin Qətərə, yoxsa Qahirəyə gedib-getməyəcəyi hələlik bəlli deyil.

Digər tərəfdən, sionist rejimin 13-cü kanalı da HƏMAS-ın təklif olunan atəşkəsə reaksiyasının təfərrüatlarını dərc edərək yazır: Həmas yenidənqurma işlərinin ikinci mərhələdə deyil, birinci mərhələdə aparılmasını tələb edir. O, həmçinin atəşkəsin prioritet olmasını və İsrailin azad ediləcək girovların adlarına veto qoymamasını tələb edib. Həmas həmçinin əsirlərin Qəzza zolağından kənara deportasiya edilməsinin əleyhinədir və əsirlərin yaşadıqları ərazilərə qaytarılmasını tələb edir.

Eyni zamanda sionist rejimin yüksək rütbəli məmuru HƏMAS-ın bu tələblərini həddən artıq çox hesab edərək deyib: Amerikanın təzyiqlərinin səmərə vermədiyi və bu şərtlərlə danışıqlara başlamaq çətin olduğu aydındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 4 =