Sionistlər Hizbullahın sahib olduğu silahlardan vahimədədir

Sionistlər Hizbullahın sahib olduğu silahlardan vahimədədir

Sionist mediası Tel-Əvivi Livan Hizbullahının rejimə sızan PUA-sına qarşı məğlubiyyətini etiraf etməkdə davam edir. Həmçinin, müqavimət hərəkatının artan imkanları və gələcək ehtimali döyüşlərdə onun rejimə təhlükəsi barədə xəbərdarlıq edib.

Sionist rejim mediası Livan Hizbullahının pilotsuz təyyarəsinin təsiri ilə Tel-Əvivin məğlubiyyətə uğradığını  və iddia edilən “hərbi üstünlüyünü” təhdid edən təhlükə barədə xəbərdarlıq edir.

Hizbullahın yeni güc nümayişinə cavab olaraq, ibrani dilli Walla internet saytı iddia etdi ki, keçən cümə günü Livandan işğal olunmuş Fələstin səmalarına daxil olan Həssan PUA-sı Hizbullah və İranın hava qüvvələri ilə bağlı geniş miqyaslı bir ordu qurmaq üçün gizli planının bir hissəsidir.”

Bu PUA “Vəd olunmuş gün” İsrailin hər yerində həssas obyektlərə qarşı istifadə olunacaq və İsrail Hərbi Hava Qüvvələrinin üstünlüyünə zərər verəcək pilotsuz təyyarələrdən biridir.

Sayt Təhlükəsizlik Problemləri Təhsil Araşdırmaları Mərkəzinin hesabatına istinadən yazıb: “Hizbullahın pilotsuz təyyarələr arsenalına 2000 pilotsuz təyyarə daxildir.”

Hizbullahın Çin istehsalı olan onlarla helikopteri var ki, onlardan bəziləri görüntüləmə və kəşfiyyat toplama missiyaları, bəziləri isə hücum missiyaları üçün istifadə olunur. Sionist rejimin təhlükəsizlik mənbələrinə görə, Hizbullahın buradakı qüdrəti və bacarığı təkcə puldan asılı deyil, həm də təhlükəsizlik sənayesi ilə bağlı toplanmış biliklərdən asılıdır.

Bu sionist tədqiqat mərkəzinin hesabatına əsasən, “Hizbullahın ən mühüm pilotsuz təyyarələrindən biri Əyyubdur. 2006-cı ildə Beyrutda qəzaya uğrayan Hermes 450 pilotsuz təyyarəsindən ilhamlanaraq düzəldilib.

Digər PUA isə İranın “Muhacir” PUA-sı əsasında düzəldilən “Mirsad 2”dir. Əbabil PUA-sı 2006-cı ildə nümayiş etdirilən və Hizbullahın o vaxtdan bəri xeyli təkmilləşdirilmiş digər mühüm pilotsuz təyyarəsidir. Başqa bir pilotsuz təyyarə İranın Rəd 1 pilotsuz təyyarəsinin fərqli versiyası olan Rami 1-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 6 =