Sionistlər humanitar yardımların Qəzzəyə daxil olmasının qarşısını alır
Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü sionistlərin Qəzzaya zəruri humanitar yardımların daxil olmasına qəsdən əngəl törətdiyini elan edib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Hazem Qasim bu gün (4 fevral) deyib: İndiyədək bu ərazilərdə görülən işlər razılaşmaya uyğun həddə deyil. Bu da sionistlərin yardım və humanitar yardım məsələsində üzərinə götürdüyü öhdəliyinin olmaması deməkdir.
Həmas sözçüsü həmçinin atəşkəs razılaşmasının vasitəçilərini, xüsusilə də Misir və Qətərdən sazişdəki humanitar protokolun icrasında olan çatışmazlıqları aradan qaldırmaq üçün ciddi tədbirlər görmələrinə çağırıb.