Sionistlər Livanın cənubuna hücum etdi

Sionistlər Livanın cənubuna hücum etdi

 Sionist rejim cinayətkarlığının davamı olaraq növbəti dəfə Livanın cənubundakı bölgələri hədəfə alıb.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin artilleriya qüvvələri dünən gecə (3 iyul) işğal olunmuş Fələstinlə sərhəddə yerləşən “Nəbtia” vilayətinin “Həsbia” şəhərinin “Bərğuz” ərazisini atəşə tutub.

Hələlik bu hücumların mümkün itkiləri ilə bağlı heç bir məlumat yoxdur. Amma bu hücumların Hizbullahın sionist rejimin müxtəlif bölgələrinə şiddətli hücumlarından sonra baş verdiyi deyilir.

Livan Hizbullahı çərşənbə günü 100 katyuşa raketi ataraq sionist rejimin Cövlan briqadasının Nəfah bazasındakı komanda qərargahını və sözügedən bazada bu rejimin raketdən müdafiə sisteminin qərargahını hədəfə aldığını elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =