Sionistlər Məscidül-Əqsada vəhşiliklər törədib-Video
Bu gün Fələstin mediası sionist qüvvələrin Məscidül-Əqsaya qarşı təhqir və hücumu və bu müqəddəs məkanın bəzi hissələrinin dağıdılması ilə bağlı şəkillər və videolar dərc edib.
İRNA-nın çərşənbə günü bu mediaya istinadla verdiyi xəbərə görə, dərc olunan görüntülər sionist rejimin təhlükəsizlik qüvvələrinin Fələstin müsəlmanlarına qarşı zorakılıq və vəhşiliyini və Məscidül-Əqsanın təhqirini göstərir. Görüntülər sübut edir ki, işğalçı rejimin bu müqəddəs məkanda ibadət edənlərə və zəvvarlara qarşı kobud rəftarları davam edir.
Çərşənbə axşamı sionist rejimin əsgərləri Məscidül-Əqsaya hücum edərək, etikaf və ibadət edənləri döyub, Məscidül-Əqsa ərazisində yerləşən Əl-Qəbli məscidindən ibadət edənləri çıxarmağa cəhd ediblər.
KİV-in məlumatına görə, sionist ordu Əl-Qəbli məscidinin şüşələrini sındıraraq məscidə səs bombaları atıb.
Media sionist əsgərlərin Əl-Qəbli məscidinə daxil olaraq namazqılanlara hücum etdiyini bildirib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti həmçinin sionist qüvvələrin Əl-Qəbli məscidinə hücumundan sonra çoxlu sayda fələstinlinin yaralandığını və sionist rejimin Məscidül-Əqsaya tibb işçilərinin girişinin qarşısını aldığını açıqlayıb.
Bəzi qeyri-rəsmi mənbələr də dünən gecə işğalçı İsrail qüvvələrinin Əl-Əqsa məscidindəki Əl-Qəbli məscidinə vəhşicəsinə hücumu nəticəsində 100-dən çox fələstinli ibadətçinin yaralandığını bildirib.
Digər tərəfdən, Fələstin vətəndaşları bütün məhdudiyyətlərə baxmayaraq, Məscidül-Əqsanın həyətinə gələ və şüarlar səsləndirərək sionist mühacirlərin hücumunu pisləyiblər.