Sionistlər müqavimət cəbhələrinin bir-birinə bağlı olmasından qorxudadır
HƏMAS-ın yüksək rütbəli üzvü müvəqqəti sionist rejiminə müqavimət liderlərinə hər hansı bir zərərlə bağlı xəbərdarlıq edib və deyib:
“Bu rejim müqavimət cəbhələrinin birləşməsindən qorxudadır.”
HƏMAS-ın yüksək rütbəli üzvlərindən olan Zahir Cabbarin Fələstin müqavimət liderlərinə qarşı hər hansı bir hərəkətlə bağlı sionist rejimi xəbərdar edib və bunu “HƏMAS-a qarşı müharibə” adlandırıb.
“Şahab”-ın məlumatına görə, o deyib: Müqavimət komandirlərinin hər hansı birinə, onların da başında Saleh Əl-Əruriyə zərər yetirilməsi müharibə elan etmək deməkdir. Müqavimət buna cavab verəcək və işğalçı rejimin heç bir təcavüzünə imkan verməyəcək.
O ,vurğulayıb ki, əgər sionist rejim terror siyasəti ilə müqavimətə son qoyacağını düşünürsə, yanılır. İşğalçıların cinayətlərinə qarşı müqavimət sükut etməyəcək.
Cabbarin sözlərini yekunlaşdıraraq deyib: İsrailin təhdidləri Fələstin xalqını qorxutmur və müqavimətinə son qoymur. İşğalçı rejim müxtəlif müqavimət cəbhələrinin bir-birinə bağlılığından qorxudadır.
Sionist düşmən “atəş arabaları” adlandırdığı müharibə ayının manevrinin başlandığını elan edib. Bu elanla eyni vaxtda Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat komandanlığı ötən bazar ertəsi bütün qruplaşmaların və Fələstin hərbi təşkilatlarının sionist rejimlə qarşıdurmaya hazır olmasına təkid edib.