Sionistlər müsəlman məzarlarını sökməyə və Fələstinli şəhid anasına qarşı zorakılıq etdilər

Sionistlər müsəlman məzarlarını sökməyə və Fələstinli şəhid anasına qarşı zorakılıq etdilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, yerli xəbər mediaları sionist rejimin Əl-Əqsa məscidinin şərqindəki müsəlman məzarlığını dağıtmağa çalışdığını bildirib.

Bu arada, bir fələstinli ananın sionistlərin oğlu Əla Ən-Nəbatiyyənin məzar daşını dağıtmaması üçün onu möhkəm qucaqlamasını özündə əks etdirən bir video da yayımlanıb.

Əl-Cəzirə telekanalı bazar ertəsi axşam bu barədə bildirib ki, bir fələstinli ana bazar ertəsi səhər Əl-Əqsa məscidinin şərq hissəsindəki Əl-Yusufiyyə qəbristanlığında oğlunun qəbrinə möhkəm sarılararaq sionistlərin oğlunun qəbirini qazmasına imkan verməyəcəyini söyləyib.

“Əl-Cəzirə” əlavə edib ki, ətrafdakı qəbirləri dağıtmaqla məşğul olan sionist hərbçilər bu fələstinli ananı oğlunun məzarından ayırmağa çalışarkən, o, “Əla ana… mən qalxmayacağam”, deyə fəryad edib.

Əl-Cəzirə telekanalının məlumatına görə bu fələstinli ana deyib: “Məzarlıqda aparılan qazıntılar və qəbirlərin işğalçılar tərəfindən açılması səbəbindən oğlum Əlanın qəbrini qorumaq üçün hər gün bura gəlirəm. Mən onlara buranı qazmağa imkan verməyəcəm. Yalnız cənazəmin üstündən keçməklə bu işi görə bilərlər.”

Hesabatda daha sonra qeyd olunub ki, sionist rejimin Yusifiyyə məzarlığının şimal hissəsində apardığı qazıntılar nəticəsində bir neçə fələstinli şəhidin məzarı dağıdılıb. Bu isə Qüds əhalisinin qəzəbinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 2 =