Sionistlər özününküləri güllə ilə vurdular: Bir sakin ağır yaralanıb

Sionistlər özününküləri güllə ilə vurdular: Bir sakin ağır yaralanıb

İşğal olunmuş Qüdsün şimal-şərqində bir israilli fələstinli zənn etdiyi başqa bir sionistə atəş açıb və nəticədə o, ağır yaralanıb.

İbrani xəbər mənbələri müvəqqəti sionist rejimin işğal olunmuş Qüdsün şimal-şərqində sionist mühacirlərin özününküləri güllələməsi barədə məlumat yayıb.

Şahab xəbər agentliyi bu mənbələrə istinadən xəbər verir ki, bir israilli mühacir Məxmas yaxınlığındakı yanacaqdoldurma məntəqəsində səhvən başqa bir sionist işğalçıya atəş açıb.

Şahab xəbər verir ki, sionist atəş açdığı şəxsin fələstinli olduğunu düşünüb və bu səbəbdən ona atəş açıb.

İbrani mediası bu yaralı sionistin “Şəari Tsidik” xəstəxanasına aparıldığını bildirib. Bu israillinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Bununla əlaqədar olaraq sionistlər ötən ay bir fələstinli gəncin işğal altındakı Fələstində yerləşən Aşkelonda sionist əsgərin silahını almağa cəhd etdiyini iddia ediblər.

Sionistlər iddia edirdilər ki, bu gənc fələstinli imiş və “Binjamin” diviziyasının zabitlərindən birinin əlindən silahı almağa çalışırb və sionist zabit də bu şəxsə atəş açıb.

Lakin ibrani kanalı “Kan” bu sionist zabitin silahını almaq istəyən şəxsin Fələstin vətəndaşı deyil, yəhudi olduğunu bildirib.

Bu şəbəkə də xəbər verib ki, bu şəxs xəstəxanadan qaçıb və M-16 silahını sionist zabitdən almağa çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eight =