Sionistlər qaçmağa başlayırlar

Sionistlər qaçmağa başlayırlar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist mühacirlər arasında artan etibarsızlıq hissi və onların əsas ölkələrinə köçlərinin artması və sionist rejimin təhlükəsizlik sisteminin pozulması son zamanlar “Qüds Qılıncı” döyüşünün açıq nəticələrindəndir.

Bu xəbər agentliyin hazırladığı hesabatda müqavimət raketlərinin Təl Avivə düşməsindən sonra sionistlərin mühacirət etmək niyyətində olduğunu özündə əks etdirən bir video yer almışdır. Bir sionist sakin tərəfindən çəkilən bu videoda sionistlərin ümumi narazılıqları öz əksini tapır.

Bu video, işğalçı rejimin daxili cəbhəsindəki reallığın ən açıq təsviridir. İsrail mediasının xəbər vermədiyi bu səhnələr, İsrailin yaşadığı bir ciddi böhrandan xəbər verir.

İslami Cihad hərəkatının sözçüsü Tariq Silmi isə Tasnim News-ın Qəzzadakı müxbirinə verdiyi açıqlamada deyib: “Biz işğal olunmuş ərazilərimizin dərinliklərindən edilən böyük ölçüdə köçün aydın şəkildə şahidi olduq və bu, Fələstin müqavimətinin zərbələrinin nəticəsidir. Mən də bu döyüşdə uzun müddət sığınacaqlara sığınan çoxlu sionist düşmən sakinlərindən danışıram. Bəli, düşmənin bu torpaqda heç bir sabitliyi və təhlükəsizliyi yoxdur və Fələstin müqaviməti onlar bu torpaqdan yox olana qədər davam edəcəkdir. Müqavimətin ən böyük uğuru İsrailin etnik təhlükəsizliyinin pozulmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =