Sionistlər tərəfindən Məscidül-Əqsa yaxınlığında fələstinli gənc şəhid edilib – Video

Sionistlər tərəfindən Məscidül-Əqsa yaxınlığında fələstinli gənc şəhid edilib – Video

Sionist rejim əsgərləri işğalçıların hücumuna məruz qalan fələstinli qadını müdafiə etməyə çalışan fələstinli gənci güllələyiblər.

Müvəqqəti sionist rejimin mediası şənbə günü səhər Əl-Əqsa məscidinin girişində atışma olduğunu bildirib.

Yerli mənbələrin məlumatına görə, işğalçı qüvvələr Əl-Əqsa məscidini mühasirəyə alaraq işğal altındakı Qüdsdə yerləşən “Babus-Silsilə” ərazisini blokadaya alıb.

Bir neçə dəqiqə sonra ərəb mediası bir fələstinli gəncin Babus-Silsilədə sionist əsgərin silahını götürməyə və ehtimal ki, şəhadət əməliyyatı keçirməyə cəhd etdiyini bildirib.

 “Şahab” xəbər agentliyinin məlumatına görə, sionist əsgərlər daha sonra bu fələstinli gənci güllələyib və onu öldürüblər.

İşğalçı qüvvələr daha sonra Əl-Əqsa məscidində hazır vəziyyətə gətirilib.

Bir neçə dəqiqə sonra “Yediot Aharonot” qəzeti bir fələstinli gəncin İsrail terrorçu əsgərləri tərəfindən güllələnərək öldürüldüyünü yazıb.

“U News” xəbər agentliyi “Babus-Silsilə” bölgəsində olanlara istinadən yazıb ki, bir gənc fələstinli sionist terrorçu əsgərlərin hücumuna məruz qalan fələstinli qadını qorumaq üçün müdaxilə edib və o, güllələnib.

İşğalçı qüvvələr 6 gün əvvəl vətəndaş itaətsizliyi bəhanəsi ilə Məscidül-Əqsaya basqın edərək Ramazan ayında bu müqəddəs məkanda etikaf edən və namaz qılan fələstinliləri həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =