Sionistlər üçün dəhşətli saatlar/intihar raketləri dronlar uçuşacaq

Sionistlər üçün dəhşətli saatlar/intihar raketləri dronlar uçuşacaq

Ərəb dünyasının analitiki müqavimət oxunun sionist rejimə qarşı qaçılmaz hücumuna işarə edərək yazıb: Bir neçə saat sonra İsrail düşməni üçün dəhşətli saat olacaq. Çünki raketlər və kamikadzelərin uçuşması gözlənilir.

İRNA-nın verdiyi xəbərə görə, Əbdülbari Ətvan bugünkü (5 avqust) yazıb: Müqavimət oxunun işğalçı rejimə qarşı cavab hücumu və bu rejimə dərindən zərbə endirməsi qətidir. Bu, hər an baş verə bilər. Belə bir sual meydana çıxır: Bu hücumda nə qədər kamikandze dron və raket olacaq və hansı hədəflərə atılacaq? Məqsədlər yalnız hərbidir, yoxsa həm hərbi, həm də mülki?

Əbdül Bari Ətvan həmçinin deyib: Müqavimət oxunun, xüsusən də İranın reaksiya verə bilmə qabiliyyətinə həmişə şübhə ilə yanaşanlar haradadır? Onlar gözdən itiblər. Müqavimət simvollarına sui-qəsd planı həyata keçirmək üçün qanlı müharibələri və kəşfiyyat xidmətlərindən istifadə edən İsrail, hazırda nəticələri baxımından çox ağrılı və görünməmiş bir hücumu dəhşət içində gözləyir.

Ətvan davam edib: Bütün dəlillər bu reaksiyanın kollektiv və beş cəbhədən olacağını göstərir; İran birinci və əsas cəbhədir. İşğalçı rejim ən böyük səhvini bilərəkdən Tehranın mərkəzində İsmayıl Həniyyəni hədəfə alaraq, İranın suverenliyini və təhlükəsizliyini pozmaqla etdi. İsrailin zorakılığı bu rejimi həlledici ekzistensial döyüşə qoydu. Netanyahu və qrupu təxminlərində ölümcül bir səhvə yol verdilər və müqavimət oxunun bu təhqirləri həzm etməklə reaksiya verməyəcəyini, vəd edilən əməliyyata bənzər itkisiz olacağını güman etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =