Sionistlər Yəməni işğal edən koalisiyanın bazalarında iştirak edir

Sionistlər Yəməni işğal edən koalisiyanın bazalarında iştirak edir

Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri general-mayor Məhəmməd nasir Əl-Atifi sionist hərbiçilər və komandirlərin Səudiyyə rejiminin koalisiyasının Yəməndəki bir çox bazasında görüldüyünü açıqlayıb.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Məhəmməd nasir Yəmən Silahlı Qüvvələrinin Təbliğat Ofisi tərəfindən təşkil edilən Yəmən şəhidlərinin foto sərgisinin açılışında çıxış edərək belə deyib: “Təcavüzkar koalisiyanın üzvləri hiyləgər və xaindir, ölkələrini on illərdir satdılar və indi də Yəmən torpağını sionist rejimə və xarici ölkələrə satmağa çalışırlar”.

Yəmənin müdafiə naziri təcavüzkar koalisiya sıralarında döyüşənlərə müraciət edərək belə deyib: “İcazə verilsə, komandanlıq mərkəzlərini, telefon dinləmə və casusluq şəbəkələrini və sionist hərbçiləri və zabitləri görmək üçün ziyarət edə biləcəyiniz bir çox baza və bölgə var. Təəssüf ki, bu bazalara müxtəlif xidmətlər, mühafizəçilər və patrul vasitələri verənlər Yəməni işğal edən koalisiya qüvvələridir”.

Əl-Atifi Sənanın Yəmən torpağının bir qarışından belə keçməyəcəyini vurğulayaraq, yeni ilin ümmət düşmənləri və azad Yəmən millətinin düşmənləri üçün qaranlıq və ağrılı il olacağına söz verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =