Sionistlər yenə Dəməşqə hava hücumu etdi
Suriyanın rəsmi xəbər agentliyi (SANA) son iki gündə sionist rejimin ikinci dəfə bu ölkənin paytaxtı Dəməşq ətrafına hava hücumu təşkil etdiyindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, SANA xəbər agentliyi bu gün (15 noyabr) Dəməşq ətrafında partlayış səsinin eşidildiyini və bir neçə dəqiqə sonra bunun səbəbinin sionist rejim ordusunun Dəməşqin “Meze” bölgəsinə hava hücumu olduğunu elan edib.
Suriya radiosu həmçinin bildirib ki, İsrail ordusu Mezeh hərbi hava limanının arxasındakı cənub magistralında bir yeri hədəf alıb.
Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.