Sionistlərdən etiraf: Hizbullahın pilotsuz təyyarələri İsrail təhlükəsizlik sistemini nigaran qoyub

Sionistlərdən etiraf: Hizbullahın pilotsuz təyyarələri İsrail təhlükəsizlik sistemini nigaran qoyub

Sionist rejimin 12-ci kanalı Hizbullahın pilotsuz təyyarələrinin İsrail təhlükəsizlik sisteminin nigarançılığına səbəb olduğunu etiraf edib.

İRNA-nın verdiyi məlumata görə, Kanal-12 bu gün (31 avqust) bir proqramda Hizbullaha məxsus pilotsuz təyyarələrin hücumunun İsrailin infrastrukturuna külli miqdarda ziyan vurduğunu açıqlayıb.

Məlumata görə, Hizbullah hər gün İsrailə bir neçə pilotsuz təyyarə ilə hücum edir və hava hücumundan müdafi sistemləri onların qarşısını ala bilmir.

Bu şəbəkə həmçinin bildirib ki, bu rejimin hava hücumundan müdafiəsi Livandan işğal olunmuş Fələstinin şimalında Qərbi Cəliliyyəyə atılan raketlərin bəzilərini müəyyənləşdirdikdən sonra məhv edib.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı dünən gecə saatlarında İsrailin şimalının 8 müxtəlif mövqeyinə zərbələr endirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + thirteen =