Sionistləri qorxuya salan Rizvan briqadası

Sionistləri qorxuya salan Rizvan briqadası

Sionist media pilotsuz təyyarələrin, raketlərin gücünə və Hizbullah qüvvələrinin Suriyada İŞİD-ə qarşı müharibədəki döyüş təcrübəsinə işarə edərək yazıb: Hizbullahın Rizvan briqadasından qorxmaq və ciddiyə almaq lazımdır.

Çərşənbə axşamı verilən xəbərə görə, sionist “Jerusalem Post” qəzeti “Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu”nun “Terrorla Mübarizə və Kəşfiyyat üzrə Reynhard Proqramı”nın tədqiqatçısı və direktoru Metyu Levitdən sitat gətirərək yazıb:

 “Bir neçə həftə ərzində Kariş qaz yatağından qazın çıxarılmasına başlaması üçün nəzərdə tutulan qazma qurğusunun yerləşdirilməsi Hizbullah (Livan) baş katibi Seyid Həsən Nəsrullah və İsrailin Şimal Komandanlığının yeni rəhbəri Uri Qordin üçün sınaq olacaq.”

Bu sionist media Livan Hizbullahını “ordu” adlandıraraq yazıb: Bu ordunun ixtiyarında hazırda 150 min raket, mərmi və döyüş sursatı var və İsrailin (işğal olunmuş ərazilərin) istənilən hissəsini hədəfə ala bilər.

 “Jerusalem Post” Qəzzədə son üç günlük müharibədə Fələstin İslami Cihadının 1000-dən çox raket atmasına işarə edərək bildirib: Hesablamalara görə, növbəti müharibədə Hizbullah ilk döyüşdə 4000-ə yaxın raket və mərmi atacaq. Müharibənin son gününə qədər gündə 2 min raket və mərmi atılacağı ehtimal  edilir.

Bu Tel-Əviv mediası sionist rejimin işğal olunmuş ərazilərin şimalındakı qüvvələrinin yeni komandanı Uri Qordindən sitat gətirərək yazıb: “Hizbullahın hücumlarının 50%-i İsrailin (işğal olunmuş ərazilər) Livan sərhədindən 15 kilometr uzaqlıqdakı ərazilərini hədəf alır. Onlar bildirirlər ki, sərhədyanı Nahariya, Akka, Safad və Kiryat Şmona şəhərlərinin qorunması prioritet məsələdir.

Bu sionist media Hizbullahın raketlərinin 40%-nin Hayfa və onun ətraf bölgələrinə çatdığını elan etdi və Hizbullahın raketlərinin yalnız 5%-nin işğal olunmuş ərazilərin cənubunu hədəfə ala biləcəyini iddia etdi.

 “Jerusalem Post” həmçinin Livan Hizbullahının raketlərinin dəqiqliyini təkmilləşdirmək üçün davamlı səyləri barədə məlumat verib və yazıb: “Hizbullah” dəqiq raketlərdən əlavə, qabaqcıl müşahidə pilotsuz uçan aparatlarına və raketatanlara malikdir.

Bu Tel-Əviv mediası İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Amikam Nurkindən sitat gətirərək yazıb: İsrail Hərbi Hava Qüvvələri Livan üzərində hava üstünlüyünü itirib.

“Jerusalem Post” qəzeti “Levit”dən sitat gətirərək Hizbullahın pilotsuz təyyarə gücü haqqında yazıb: “Hizbullahla (gələcək) müharibə mürəkkəb olacaq və İsrail daha ehtiyatlı davranmalıdır.”

Bu sionist media Hizbullahın Suriya müharibəsində iştirakına görə görkəmli sahə təcrübəsinə malik olduğunu bildirərək yazıb: Livanın bütün cənubunda mövcud olan və İsrailə hücum əmri verməyə hazır olan Rizvan briqadasından qorxmalısınız.

 “Jerusalem Post” Levitdən sitat gətirib: İsrail Rezvan qüvvələrini ciddi qəbul etməlidir, çünki onlar texnika və peşəkar təlim almaqdan əlavə, yüksək intizamlıdırlar.

 “Levit” ABŞ-ın JCPOA-dan çıxmasından sonra da İranın Livan Hizbullahına dəstəyinin davam etməsinə işarə edərək əlavə edib: Nüvə anlaşması imzalanmasa belə, İslam Respublikasının Hizbullaha dəstəyi kəsilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 13 =