Sionistlərin Əl-Əqsa məscidinə amansız hücumunda 27 nəfər yaralanıb

Sionistlərin Əl-Əqsa məscidinə amansız hücumunda 27 nəfər yaralanıb

Sionist hərbçilərin Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə qarşı vəhşicəsinə hücumu nəticəsində bu gün səhər saatlarında 27 nəfər ağır yaralanıb.

Palestine Today-in məlumatına görə, sionist hərbçilər bu gün səhər saatlarında öz qəddar əməllərini davam etdirərək, “Məscidül-Əqsa”da fələstinli namazqılanlara hücum ediblər.

Bu vəhşi hücumdan sonra sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib.

Məlumata görə, xəbər mediası toqquşmalar zamanı sionistlərin Məscidül-Əqsada fələstinlilərə qarşı gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə etdiyini bildirib. Toqquşmalarda 27 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi ötən gecə İordan çayının qərb sahilində Nablusda fələstinlilərlə sionistlər arasında baş verən qarşıdurmalarda 35 fələstinlinin ağır yaralandığını açıqlayıb.

Ötən gecə minlərlə fələstinli Məscidül-Əqsada toplaşaraq bu müqəddəs məscidi son nəfəsə qədər müdafiə etməyə davam edəcəklərini açıqlayıb. Onlar HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Zeyfə dəstək şüarları səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =