Sionistlərin Əl-Əqsa məscidinə hücumları davam edir

Sionistlərin Əl-Əqsa məscidinə hücumları davam edir

Sionist rejim hərbçilərinin Məscidül-Əqsaya hücumları bu rejimin qəsəbə sakinlərinin müşayiəti ilə davam edir.

Bu səhər (bazar ertəsi) sionist rejim qoşunları sionist qəsəbə sakinlərinin kütləvi hücumlarına dəstək olaraq Məscidül-Əqsaya hücum etdi. Hücumlar Pasxa bayramı münasibətilə Təl-Əviv qurumlarının çağırışı sayəsində davam edib.

Fələstinin Palestin Today xəbər saytının məlumatına görə, çoxlu sayda sionist hərbçi sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumuna zəmin hazırlamaq məqsədilə Məscidül-Əqsaya hücum edərək ibadət edənləri məsciddən qovmağa çalışıb.

Fələstin Palestin Today xəbər saytının Qüdsdəki müxbiri xəbər verir ki, çoxlu sayda İsrail snayperləri Məscidül-Əqsa və ona bitişik binaların arxasında hazır vəziyyətdə yerləşdirilib.

Bu arada sionist mühacir qrupları işğalçı rejimi Pasxa bayramı ərəfəsində Məscidül-Əqsaya genişmiqyaslı hücumlar həyata keçirməyə çağırıb. Hücumlar cümə günü səhər başlayıb və bir həftə davam edəcək.

Sionist ordusunun Məscidül-Əqsaya hücumu regiondakı bir çox ərəb və islami ölkələr və qurumlarının reaksiyasına və qınaqlarına səbəb olub. Fələstin müqavimət qrupları da bəyan ediblər ki, gələcək vəziyyətə və fələstinlilərin hücumlara sərt reaksiyasına görə Tel-Əviv məsuliyyət daşıyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =