Sionistlərin 82%-i Qüdsdə özünü amanda hiss etmir

Sionistlərin 82%-i Qüdsdə özünü amanda hiss etmir

Qüdsdə yaşayan sionistlərin 82%-nin özlərini təhlükəsiz hiss etmədiyini bildirən israilli məsələlər üzrə analitik deyib: Qüdsdə həyata keçirilən bütün yəhudiləşdirmə siyasətləri və fələstinlilər üçün meydanı daraltmaqla bağlı görülən bütün tədbirlər uğursuz olulub.

Nəbiyyə Əvazə Əl-Alam Xəbər kanalında yayımlanan “Ğiyabəl-Kiyan” proqramndakı müsahibəsində deyib:

İşğal altında olan Qüdsdə yaşayan yəhudilərin sayı bu şəhərin ümumi əhalisinin 63%-ni ötüb və təxminən 540 min nəfərə çatır, lakin Qüdsdə yaşayan fələstinlilərin sayı təxminən, 350 min nəfərdir.

Əvazə əlavə edib: İşğalçı İsrail rejiminin Qüdsün işğalından sonra bu şəhərə qarşı yürütdüyü siyasət yəhudiləşdirmə siyasətidir ki, bu siyasət birbaşa fələstinliləri müxtəlif yollarla, o cümlədən, öldürmək, həbs etmək və məhdudiyyətlər qoymaqla hədəf alıb.

İşğalçı İsrail rejiminin səlahiyyətli orqanlarının təqdim etdiyi yeni statistikaya əsasən, işğal olunmuş Qüdsdə yaşayan sionistlərin 82%-i fələstinlilərin hücumlarından qorxaraq özlərini təhlükəsiz və amanda hiss etmirlər və bu rejimin ordusu və polisi Fələstinin hücumlarına qarşı onlara himayə etməyə qadir deyil.

İşğal olunmuş Qüdsdə özlərini təhlükəsiz və əmin-amanlıqda hiss etməyən sionistlərlə yanaşı, Qəzzə zolağının sərhədlərinə yaxın yaşayış məntəqələrində yaşayanlar da özlərini əmin-amanlıqda hiss etmirlər.

Bu verilişdə son vaxtlar işğal olunmuş torpaqlarda ev və küçələrdə baş verən qətl cinayətlərinin sayının artmasından bəhs edilib və bu məsələ bu qətllərin səbəbləri və motivləri ilə bağlı suallar doğurur.

 “Ğiyabəl-Kiyan” verilişində Əvazə işğalçı rejim əsgərlərinin intiharı məsələsinə də toxunaraq elan edib: Yalnız 6 ayda intihar edən əsgərlərin sayı ötən illərdən xeyli artaraq 11 İsrail əsgərinə çatıb.

Bu verilişin diqqət çəkdiyi digər bir hadisə isə qadınların evin içində və xaricində öldürülməsi hadisəsidir ki, statistik rəqəmlər bu rəqəmin artdığını göstərir, eyni zamanda bu fenomenlə mübarizə apara bilməyən işğalçı rejimin hakimiyyət orqanlarına ünvanlanan tənqidlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =