Sionistlərin açdığı atəş nəticəsində yaralanan fələstinli uşaq şəhid olub

Sionistlərin açdığı atəş nəticəsində yaralanan fələstinli uşaq şəhid olub

Ramallah şəhərində iki gün əvvəl sionist hərbçilərin açdığı atəş nəticəsində yaralanan üç yaşlı fələstinli uşaq şəhid olub.

Ramullahın şimalında yerləşən Ən-Nəbi Saleh qəsəbəsində iki gün əvvəl sionist əsgərlərin açdığı atəş nəticəsində yaralanan üç yaşlı fələstinli “Məhəmməd Ət-Təmimi” şəhid olub.

 “Şahab News” saytının xəbərinə görə, bu fələstinli uşaq sionist əsgərlər tərəfindən başından vurularaq yaralanıb və Ramullahdakı xəstəxanaya yerləşdirilib.

HƏMAS hərəkatı bu fələstinli uşağın şəhadətinə cavab olaraq elan edib ki, işğalçı rejimin bu cinayətləri bizim mübarizəmizi və müqavimətimizi davam etdirməyə heç vaxt mane olmayacaq.

HƏMAS vurğuladı: “İşğalçı rejiminin uşaqlarımıza qarşı dəfələrlə törətdiyi cinayətlər, sonuncu dəfə də Beynəlxalq Uşaqlar Günü ilə eyni vaxtda işğalçı qüvvələr tərəfindən şəhid edilən Ət-Təmiminin şəhadəti göstərdi ki, işğalçı sionist rejim uşaqları hədəf alan biabırçı siyahıya daxil edilməli və bu rejim Fələstin xalqına qarşı davamlı cinayətlər törətdiyinə görə cəzalandırılmalıdır.

HƏMAS, həmçinin təkid edib ki, Fələstin millətinə qarşı bu cinayətlər və təcavüzlər paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər millətimizin torpaq və ziyarətgahlarının müdafiəsi uğrunda mübarizə və müqaviməti davam etdirməsinə heç vaxt mane olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 1 =