Sionistlərin Cəninə hərbi hücumunda 2 fələstinli gənc şəhid olub

Sionistlərin Cəninə hərbi hücumunda 2 fələstinli gənc şəhid olub

Sionist qüvvələrin Cəninin cənubundakı Qəbatiyyə qəsəbəsinə səhər tezdən hücumu nəticəsində 2 fələstinli gənc şəhid olub.

Bu gün səhər (çərşənbə, 10 may) sionist hərbçilər işğal altındakı İordan çayının qərb sahilində, Cənin şəhərinin cənubunda yerləşən “Qəbatiyyə” qəsəbəsinə basqın ediblər və nəticədə iki fələstinli gənc şəhid olub, bir fələstinli isə yaralanıb.

Fələstin mediasının məlumatına görə, sionist əsgərlər bu gün səhər Qəbatiyyə qəsəbəsindəki küçələrdən birində bir avtomobili atəşə tutub və bu hücum iki fələstinlinin şəhid olması və bir nəfərin yaralanması ilə nəticələnib.

Məlumatlı mənbələr sionistlərin Qəbatiyyəyə bu hücumunda Əhməd Camal Tovfiq Əsəf və Rani Vəlid Əhməd Qətnatın şəhid olduqlarını bildiriblər. Fələstin qüvvələri də sionistlərin bu qəsəbəyə hücumuna cavab olaraq əldəqayırma bombalar atıblar.

 İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds də onun tabeliyində olan Qəbatiyyə müqavimət qruplarının Allahın lütfü ilə işğalçılarla silahlı qarşıdurmada sionistlərin Qəbatiyyə hücumunu cilovlaya bildiyini açıqlayıb.

Sərayəl-Qüdsün bəyanatında deyilir: “Qruplarımızdan biri bu gün səhər saat 3:15-də “Əs-Səvafətə” məhəlləsində sionist qüvvələr üçün pusqu qurmağa və fələstinli döyüşçülər işğalçı qüvvələri yaxın məsafədən hədəf almağa nail oldular. Nəticədə çoxlu sayda sionist yaralanıb və onların hərbi texnikasına ziyan dəyib.

Şahidlərin sözlərinə görə, müqavimət qüvvələri bu şəhərdə xəbərdarlıq sirenlərinin səsləndirmiş və bu yolla fələstinlilər sionist qüvvələrin bu şəhərə soxulmasından xəbər tutmuşlar.

Eyni zamanda bir neçə sionist snayper fələstinlilərin evlərinin damında yerləşdirilib və oradan evləri və fələstinliləri hədəfə alıblar.

İşğalçılar Qəbatiyə şəhərinin əsas küçələrini də bağlayıb avtomobillərin bu şəhərcik içərisindən keçməsinə mane olmuş və bu qəsəbədə bir neçə evi mühasirəyə almışlar.

Son günlər sionist qüvvələr işğal altındakı İordan çayının qərb sahilinin şəhərlərinə hücumlarının intensivliyini artıraraq, demək olar ki, hər gün bu şəhərlərdə yeni terror əməliyyatlarına başlayıblar.

Onlar hər dəfə fələstinli döyüşçülərin silahlı müqaviməti ilə qarşılaşmış və nəhayət bir neçə nəfəri şəhid etdikdən sonra Fələstinin şəhər və qəsəbələrindən geri çəkilməyə məcbur olmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =