Sionistlərin Cənubi Livana hücumunda 9 nəfər şəhid olub

Sionistlərin Cənubi Livana hücumunda 9 nəfər şəhid olub

Xəbər mənbələri bir neçə dəqiqə əvvəl sionist rejimin Livanın cənubuna hücumunda 9 nəfərin şəhid olduğunu xəbər vermişdilər.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejim qırıcılarının bu hücumunda Livanın cənubundakı Ən-Nəqurada bir restoran bombalanıb və indiyədək 9 livanlı şəhid olub, 6 nəfər yaralanıb.

Əl-Məyadin həmçinin bu hücumda UNIFIL mərkəzlərindən birinin yaxınlığında yerləşən bir qəhvəxananın sionistlərin hədəfinə alındığını bildirib.

Bu xəbər kanalının məlumatına görə, “Tir Harfa” kəndi də hədəfə alınıb

Sionist rejimin öz qüvvələrinin ağır itkilərinə cavab olaraq Livanın cənubunda və Qəzza zolağında yaşayış məntəqələrini bombalaması ilk dəfə deyil.

Çərşənbə günü səhər sionist rejimin Livanın cənubundakı tibb və yardım mərkəzinə hava hücumu nəticəsində azı 7 nəfər şəhid olub.

Əl-Hibəriyyə qəsəbəsində Livan İslam Tibb Cəmiyyətinin mərkəzi hədəfə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + six =