Sionistlərin Cənin düşərgəsinə hücumunda iki gənc fələstinli şəhid olub-Foto

Sionistlərin Cənin düşərgəsinə hücumunda iki gənc fələstinli şəhid olub-Foto

Sionist işğalçıların bu gün səhər saatlarında Cənin düşərgəsinə hücumu nəticəsində iki gənc fələstinli şəhid olub, biri isə yaralanıb.

Çərşənbə axşamı səhər saatlarında İordan çayının şimal-qərbindəki qaçqın düşərgəsində iki müqavimət döyüşçüsü işğalçı qüvvələr tərəfindən güllələnib, bir nəfər isə yaralanıb.

“Qüds Əl-Əxbariyyə”nin məlumatına görə, yerli mənbələr bu gün səhər (çərşənbə axşamı) təsdiqləyiblər ki, sionist ordu Cənin düşərgəsinə hücum edib. Fələstin Silahlı Qüvvələri ilə toqquşdmadan sonra, yenicə azadlığa buraxılmış 22 yaşlı fələstinli məhbus Abdullah əl-Husari işğalçılar tərəfindən güllələnərək öldürülüb. Daha iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Xəbərin yayılmasından bir neçə saat sonra tibbi mənbələr yaralılardan birinin başın aldığı xəsarət nəticəsində 19 yaşlı Şadi Xalid Ən-Nəcminin şəhadətini bildirib.

İşğalçı qüvvələr mülki və ticarət maşınları ilə gecə basqınlarında Cənin qaçqın düşərgəsinə hücum edib və düşərgədəki bir sıra evlərin damına snayperlər yerləşdirib.

Onlar Şeyx Camal Əbul-Hicanın evinə də basqın edərək oğlu İmadı həbs ediblər.Bu silahlı qarşıdurma hələ də davam etməkdədir.

Fələstin Müqavimət Hərəkatı (HƏMAS) iki fələstinlinin şəhid olmasından sonra bəyanat yayıb:

 “İki şəhid Abdullah Əl-Husari və Şadi Nəcm üçün yas tutur, Cənin şəhərində düşmənə müqavimət göstərən gənclərin şücaətini yüksək qiymətləndiririk. Həbslər və sui-qəsdlərin xalqımızın hərtərəfli müqavimətə bağlılığını daha da artırır.”

HƏMAS davam edərək bildirib ki, sionist hərbçilərin İordan çayının qərb sahili sakinlərinə qarşı cinayətlərinin bütün nəticələrinə görə bu rejim məsuldur.

O, bildirib ki, fələstinlilərin həbsi və şəhid olması xalqı müqavimət variantına daha çox sadiq edəcək.

Sionist rejimin işğal olunmuş Qüds və İordan çayının qərb sahilində bir neçə min sionist yaşayış məskəni tikmək planları ilə eyni vaxtda mühacirlərin fələstinlilərə hücumları artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 7 =