Sionistlərin “Dəmir Qübbə”si işə yaramır

Sionistlərin “Dəmir Qübbə”si işə yaramır

Sionistlər “Dəmir Qübbə” sisteminin raket və PUA hücumlarına qarşı zəif olduğunu etiraf etdi.

Sionistlərin “Makor Rishon” həftəliyinin yazdığına görə, işğalçı İsrail rəsmiləri Həmasın raket və pilotsuz təyyarələrin hücumlarına qarşı “Dəmir Qübbə” sisteminin zəif olduğunu etiraf ediblər və müdafiə bazasının gücləndirilməsi üçün təlimlər keçirmək məcburiyyətində olduqlarını söyləyiblər.

Nəşrin yazdığına görə, işğalçı İsrail ordusu Qəzzada böyük bir qarşıdurmaya hazırlaşır. Rejimin ordu hissələrindən biri bu yaxınlarda işğal altındakı Fələstində müxtəlif məqsədlərlə üç günlük bir təlim keçib.

Qeyd edək ki, bu günlərdə Hizbullah Təşkilatı da PUA vasitəsi ilə sionistlərin hərbi bazalarından çəkiliş edərək, onların hər an nəzarətdə olduğunu nümayiş etdiriblər.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 15 =