Sionistlərin daha bir kəşfiyyat məğlubiyyəti – Fələstin döyüşçüləri işğal olunmuş ərazilərə sızıb

Sionistlərin daha bir kəşfiyyat məğlubiyyəti – Fələstin döyüşçüləri işğal olunmuş ərazilərə sızıb

Media mənbələri bu gün səhər (cümə axşamı) bir sıra fələstinli müqavimət döyüşçülərinin işğal olunmuş ərazilərə sızması və onların sionist rejim əsgərləri ilə qarşıdurması barədə məlumat yayıb.

Bununla əlaqədar olaraq sionist rejim ordusu Qəzza və işğal olunmuş ərazilərin sərhədində təhlükəsizlik insidentinin baş verdiyini açıqlayıb.

Sionist rejimin ordu radiosu xəbər verib ki, fələstinli döyüşçülərdən ibarət bir qrup bir neçə saat əvvəl Rəfahın “Kərəm Əbu Səlim” keçidi yaxınlığında işğal olunmuş torpaqlara nüfuz etməyə nail olub.

Sionist rejimin ordusu bu ərazidə öz əsgərləri ilə fələstinli döyüşçülər arasında qarşıdurma yarandığını açıqlayıb.

İsrail ordusu bu münaqişədə iki əsgərinin yaralandığını da etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − three =