Sionistlərin hücumu nəticəsində 25 fələstinli yaralanıb

Sionistlərin hücumu nəticəsində 25 fələstinli yaralanıb

Fələstin Qırmızı Aypara Cəmiyyəti Peyğəmbərin (s) Merac gecəsi sionist ordusunun hücumu nəticəsində bir neçə uşaq olmaqla 25 nəfərin yaralandığını açıqlayıb.

İşğalçı sionist hərbçiləri bazar ertəsi günortadan sonra Məscidül-Əqsanın Babəl-Amud həyətində Peyğəmbərin (s) Meracı gecəsi ilə bağlı keçirilən mərasimə toplaşan Fələstin vətəndaşlarına hücum ediblər.

Fələstin Əl-Yəvm-in məlumatına görə, Fələstin Qırmızı Aypara Cəmiyyəti işğalçı qüvvələrin Babəl-Amudda mülki şəxslərə hücumu zamanı aralarında bir neçə uşaq olmaqla 25 nəfərin yaralandığını, onlardan 4-nün xəstəxanaya aparıldığını açıqlayıb.

Sionist hərbçilər mərasim iştirakçılarına səs bombası və gözyaşardıcı qaz atmaq, su şırnaqları və dəyənəklərdən istifadə etməklə gərginlik və narahatlıq səhnəsi yaradıblar.

Qüds və ətraf ərazilərin minlərlə sakini bu gün səhər saatlarından etibarən Həzrət Peyğəmbərin (s) Merac gecəsinin ildönümünü Məscidül-Əqsada qeyd edib.

Babəl-Məclis və Babəl-Amud və ətraf məhəllələrin həyətləri ibadət və xüsusi mərasimlər və şirniyyat paylanması ilə məşğul olan Fələstin vətəndaşları ilə dolu olub.

Məscidül-Əqsa xətibi Şeyx Əkrəmə Səbri Müqavimət Konfransında çıxışı zamanı vurğulayıb ki, Qüds təkcə Merac gecəsinin ildönümündə deyil, Fələstin xalqının və İslam dünyasının qəlbində daima əbədi qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eight =