Sionistlərin hücumu zamanı 20 fələstinli yaralanıb
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İsrail qüvvələri İordan çayının qərb sahilindəki Fələstinli nümayişçilərə hücum edərək Kafr Qadum kəndində bir sıra fələstinlini yaraladı.
Fələstinli mənbələr və KİV-lər İsrail qüvvələrinin İordan çayının qərb sahilində fələstinli nümayişçilərə hücum etməsi və bu zaman bir sıra fələstinlinin yaralanması barədə məlumat yaydı.
Fələstin Qurtuluş Təşkilatı (FİK) liderlərinin iştirakı ilə cümə günü edilən həftəlik nümayişdə təxminən min nəfər iştirak etdi.
İsrail qüvvələrinin etirazçılara qarşı gözyaşardıcı qaz, səs bombası və təlim mərmilərindən istifadə etməsi nəticəsində 20 nəfər yaralandı.
Kafr Qadumdakı Qızıl Aypara Sahə Koordinatoru Asim Əqla sionist işğalçılara qarşı nümayişdə yaralanan dörd fələstinlinin vəziyyətinin ağır olduğundan Qəlqəliyyə xəstəxanasına aparıldığını və onlarla insanın müalicə aldığını söylədi.