Sionistlərin İordan çayının qərb sahilinə hücumunda 9 fələstinli saxlanılıb
Sionist hərbçilər İordan çayının qərb sahilinə hücum edərək 9 fələstinlini həbs ediblər. Səma xəbər agentliyinin məlumatına görə, sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri davam edir. Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.
Məlumata görə, İordan çayının qərb sahilində sionist hərbçilərin genişmiqyaslı hücumundan sonra onlarla Fələstin vətəndaşları arasında şiddətli toqquşmalar baş verib.
Şahidlər bildiriblər ki, 9 fələstinli sionistlər tərəfindən saxlanılıb.
Bundan əvvəl Fələstin müqavimət qrupları sionist rejimin İordan çayının qərb sahilindəki son cinayətlərinə reaksiya veriblər. Fələstin müqavimət qrupları bildiriblər ki, “hərtərəfli müqavimət” sionist düşmənə qarşı yeganə çəkindirici variantdır.
Qruplar əlavə ediblər: “Biz inanırıq ki, silahlı müqavimət sionist rejimin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı cinayətləri davam etdirməsinin qarşısını alacaq yeganə variantdır. Biz bu variantdan heç vaxt imtina etməyəcəyik.”